Kallas: Hazırkı dövr həqiqətən tarixi ola bilər
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Türkiyənin strateji əhəmiyyətə malik tərəfdaş olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Türkiyə miqrasiya, müdafiə və regional sabitliyin təmin olunması kimi mühüm sahələrdə vacib rol oynayır. Kallas Yaxın Şərqdə baş verən proseslərdə Ankaranın əhəmiyyətli mövqe tutduğunu, eləcə də Qafqaz bölgəsində də mühüm təsirə malik olduğunu vurğulayıb.
O qeyd edib ki, bu səbəbdən müzakirələrin aparılması və birgə görülə biləcək işlərin müəyyənləşdirilməsi vacibdir. Kallas əlavə edib ki, hər sammit ərəfəsində onun tarixi olduğu deyilsə də, hazırkı dövrdə bu qiymətləndirmə həqiqətən özünü doğruldur.
Onun fikrincə, transatlantik münasibətlər son vaxtlar ciddi gərginlik yaşayır və bu səbəbdən birliyin nümayiş etdirilməsi təkcə alyans üçün deyil, həm də potensial rəqiblər üçün mühüm əhəmiyyət daşıyır.
20:34 29.06.2026
Oxunuş sayı: 54