Məktəbdənkənar təhsil müəssisələrinin hesabatları dinlənilib
Valideynlər, pedaqoqlar, ictimaiyyət nümayəndələri və qonaqların iştirakı ilə keçirilən hesabat tədbirlərində uşaqların və yeniyetmələrin şəxsi inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə, sağlam həyat tərzinin təşviqinə və istedadlarının üzə çıxarılmasına yönəlmiş fəaliyyətlərin nəticələri yüksək qiymətləndirilib. Qeyd olunub ki, məktəbdənkənar təhsil müəssisələri təhsilalanların yaradıcılıq potensialının inkişaf etdirilməsi, sosial bacarıqlarının formalaşdırılması, fiziki hazırlıqlarının möhkəmləndirilməsi və onların vətənpərvər, fəal və təşəbbüskar vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
Hesabat tədbirlərində müəssisələrin müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən dərnək və bölmə üzvləri çıxış edərək il ərzində qazandıqları bilik, bacarıq və nailiyyətləri təqdim ediblər.
Daha sonra tədbirlərdə fərqlənən dərnək və idman bölməsi üzvlərinə təşəkkürnamələr və fəxri fərmanlar təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzulanıb.
14:10 29.06.2026
Oxunuş sayı: 55