Türkiyənin Muş vilayətində zəlzələ baş verib
Türkiyənin Muş vilayətinin Bulanık rayonunda 3,6 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az AFAD-a istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 14,76 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Həmin istiqamətdə araşdırmalar davam edir.
23:46 28.06.2026
Oxunuş sayı: 52