Serbiyada icbari hərbi xidmət bərpa olunur
Serbiya 2027-ci ilin mart ayından etibarən icbari hərbi xidməti bərpa edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç məlumat verib.
Onun sözlərinə görə, icbari hərbi xidmət müddəti 75 gün olacaq. Yeni qaydalar 30 yaşınadək kişilərə şamil ediləcək.
Vuçiç bildirib ki, çağırış sisteminin yenidən tətbiqinə başlamazdan əvvəl bir sıra inzibati və logistika məsələlərinin həll edilməsi zəruridir.
22:23 28.06.2026
Oxunuş sayı: 58