Fransada təyyarə qəzası: 11 nəfər həlak olub
Fransanın Nansi şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində 11 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Almaniyada qeydiyyatdan keçmiş “Pilatus” tipli yüngül mühərrikli təyyarə Tomblen qəsəbəsi (Mörte-et-Mozel departamenti) ərazisində qəzaya uğrayıb. Hadisə Nansi-Essey aerodromundan qalxdıqdan qısa müddət sonra baş verib.
Təlim və paraşüt tullanışları üçün istifadə olunan təyyarədə pilot, beş təlimatçı və beş kursant olmaqla ümumilikdə 11 nəfər olub və onların həlak olduğu bildirilir.
İlkin məlumatlara əsasən, sərnişinlər arasında Nansi şəhərindən tibb bacıları da olub.
19:45 28.06.2026
Oxunuş sayı: 56