ABŞ eyni gündə həm ev sahibi oldu, həm də raket atdı
ABŞ eyni gün ərzində öz ərazisində FIFA Dünya Çempionatında iştirak edən milli komandanı qəbul edən və paralel olaraq həmin komandanın təmsil etdiyi ölkəyə hərbi zərbələr endirən dünyada ilk dövlət olub.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Global UPDATES˝ məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ-nin öz ərazisində qəbul etdiyi İran milli komandası fonunda Vaşinqtonun eyni gün İran ərazisinə endirdiyi zərbələrdən gedir. Bu hadisə dünya futbolu və beynəlxalq siyasət kontekstində diqqətçəkən presedent kimi qiymətləndirilir.
13:43 28.06.2026
Oxunuş sayı: 55