Rusiya Apple-ni senzurada ittiham etdi
Rusiya Xarici İşlər Nazirliyi App Store-dan bir sıra Rusiya tətbiqlərinin silinməsindən sonra bununla bağlı etirazını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın “rəqəmsal ayrı-seçkilik, senzura və informasiyaya çıxışın özbaşına məhdudlaşdırılmasına” qarşı mübarizəni davam etdirəcəyini deyib.
Onun sözlərinə görə, Apple-nin bu addımı “arzuolunmaz rəqiblərin məqsədli şəkildə sıradan çıxarılması cəhdi” kimi qiymətləndirilir.
Qeyd edək ki, daha əvvəl App Store-dən Rusiyanın VK ekosisteminə aid bir sıra tətbiqlər, o cümlədən VKontakte və Odnoklassniki silinib.
23:57 25.06.2026
Oxunuş sayı: 56