Hadisə

Bakı Yeni İlə hazırlaşır

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Bu barədə Crossmedia.az Bakı Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.

Qeyd olunub ki, parklar, meydan və küçələrinin bəzədilməsi, yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılması işləri yekunlaşıb.

Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələri və Azərbaycan prospekti də bayramla bağlı bəzədilir.

“Azneft” dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb.

Həmçinin rayon icra hakimiyyətlərinə bayramla bağlı ərazilərdə nümunəvi küçələr hazırlanması tövsiyə edilib.

 

 

 

 

 

08:59 20.12.2024

Oxunuş sayı: 5438

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR