“Aitana” fenomeni: sosial şəbəkələrdə süni influenserlər etik müzakirə yaradır
Süni intellekt influenserlərin (AI influencer) artması ciddi etik müzakirələrə səbəb olur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Barselonada fəaliyyət göstərən bir agentliyin yaratdığı , çəhrayı saçlı və minlərlə izləyicisi olan “Aitana” kimi AI modellər sosial şəbəkələrdə böyük gəlir əldə edir. O, xüsusilə gözəllik və fitnes sahəsində brend əməkdaşlıqları ilə diqqət çəkir.
Baxmayaraq ki, Aitana real şəxs deyil, onun görünüşü və davranışları inkişaf etmiş vizual redaktə və süni intellekt texnologiyaları vasitəsilə olduqca real təsir bağışlayır. Bu tip AI influenserlər, xüsusilə gənclər arasında populyardır və bəzən onların real olmadığını fərq etmək çətin olur.
Ekspertlər isə bu tendensiyanın narahatlıq doğurduğunu bildirir. Onların fikrincə, belə rəqəmsal obrazlar qeyri-real gözəllik standartlarını təşviq edir və gənclərin özlərini bu “mükəmməl” görüntülərlə müqayisə etməsinə səbəb olur.
Başlanğıcda Aitana-nın yaradıcıları daha müxtəlif tipli modellər hazırlamağa çalışsalar da, ictimai reaksiyalar gözlənilən qədər müsbət olmayıb. Daha sonra agentlik bu rəylərə uyğun olaraq fərqli obrazlar yaratmağa başlayıb, lakin qadın AI modellərə tələbat hələ də kişilərlə müqayisədə daha yüksək qalır.
Hətta Aitana-nın populyarlığı o qədər artıb ki, o, bir avtomobil şirkətinin süni intellekt köməkçisi layihəsi üçün də reklam siması kimi istifadə olunub.
02:32 20.06.2026
Oxunuş sayı: 58