Azərbaycan şagirdləri Avropa Fizika Olimpiadasında 4 bürünc medal qazanıblar
Azərbaycan məktəbliləri 12–16 iyun tarixlərində İsveçdə keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO) uğurlu nəticə göstərərək 4 bürünc medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, bürünc medala layiq görülən şagirdlər bunlardır:
- Bəxtiyar Ağayev – Sumqayıt şəhərindəki Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi;
- Məhəmməd Cəfərli – Bakı şəhəri Texniki-humanitar liseyinin 11-ci sinif şagirdi;
- Murad Xəlil – Bakı Türk Liseyinin 11-ci sinif şagirdi;
- Raiq Babazadə – Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi.
Qeyd edək ki, bu il İsveçdə keçirilən olimpiadada 41 ölkədən 200 şagird iştirak edib. 2018-ci ildən təşkil olunan Avropa Fizika Olimpiadası Avropa Fizika Olimpiadası Avropanın ən nüfuzlu fizika yarışlarından biri hesab olunur.
Azərbaycanlı şagirdlərin əldə etdiyi nəticə ölkənin beynəlxalq elm olimpiadalarındakı uğurlarına növbəti töhfə kimi qiymətləndirilir.
17:42 17.06.2026
Oxunuş sayı: 49