Arxeologiya və Antropologiya İnstitutunun beynəlxalq dövrü elmi jurnalının növbəti nömrəsi nəşr edilib
AMEA Arxeologiya və Antropologiya İnstitutunun ingilisdilli “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” jurnalının növbəti nömrəsi işıq üzü görüb.
İnstitutdan Crossmedia.az-a bildirilib ki, yeni nömrədə Azərbaycan və bir sıra xarici ölkə tədqiqatçılarının arxeologiya və antropologiya sahəsində elmi məqalələri yer alıb. Nəşr Paleolit dövründən orta əsrlərə qədər geniş tarixi mərhələləri əhatə edir və yeni arxeoloji qazıntı nəticələri ilə yanaşı, müasir elmi-metodoloji yanaşmaları da təqdim edir.
Nəşrdə Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Yaponiyanın, İtaliyanın, ABŞ-nin, Almaniyanın və Fransanın tanınmış arxeoloqları və antropoloqları təmsil olunan jurnalın cari nömrəsində Azərbaycanda arxeologiya sahəsi üzrə tədqiqatların nəticələri barədə məqalələr dərc edilib. Məqalələrin müəllifləri sırasında azərbaycanlı tədqiqatçılar ilə yanaşı, Yaponiya, Almaniya, Albaniya və İran İslam Respublikası tədqiqatçıları yer alıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev baş redaktoru olduğu elmi jurnalın cari nömrəsinin ön sözündə dərgidə əks olunmuş məqalələrin maraqlı məqamlarına toxunub. Eyni zamanda, numizmatik araşdırmalar və regional mədəni əlaqələrə dair beynəlxalq məqalələr daxil edilib. Qeyd edək ki, nəşr Paleolit dövründən son orta əsrlərə qədər geniş xronoloji diapazonu əhatə edir. Məqalələrdə həm yeni arxeoloji qazıntıların nəticələri, həm də müasir metodoloji yanaşmalardan istifadə etməklə əldə edilən elmi nəticələr əks edilib.
İngilisdilli jurnalın onlayn platforması olan nəşr ajaa.az platformasında yerləşdirilib və “CrossRef”, “Google Scholar” və ORCID kimi beynəlxalq elmi bazalara inteqrasiya olunub.
Məqalələr sosial və davranış elmləri üçün qəbul edilmiş, Amerika Psixoloqlar Assosiasiyasının tövsiyə və qaydaları üzrə tərtib olunublar.
14:42 17.06.2026
Oxunuş sayı: 48