Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir
Azərbaycanda "Banklar haqqında" qanun rəqəmsal səyyahları da əhatə edəcək.
Crossmedia.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış sözügedən qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, rəqəmsal səyyahlara müvəkkil banklarda hesablar yalnız şəxsiyyəti təsdiq edən sənəd və imza nümunəsi vərəqəsi əsasında açılacaq.
Müştərinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən verdiyi elektron razılığı əsasında onun hesab üzrə məlumatları "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna uyğun olaraq hesab üzrə məlumat xidməti təchizatçılarına ötürülə bilər.
14:13 17.06.2026
Oxunuş sayı: 56