Teatrın güzgüsündə cəmiyyət – “Adamın adamı”
Teatra daxil olan insan şəhərin bütün səs-küyünü qapının o tayında qoyur. Buradakı sakitlik və sənət mühiti tamaşaçını gündəlik qayğılardan uzaqlaşdırır. Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş olunan “Adamın adamı” tamaşası tamaşaçılara belə bir axşam yaşatdı.
Teatra gələn qonaqları əməkdaşlar mehribanlıqla qarşılayırdı. Teatr işçiləri tamaşaçıların biletlərini yoxlayırdı. Onlar tamaşaçılara yerlərini tapmaqda kömək edirdilər. Zalda xoş və səmimi ab-hava hökm sürürdü. Artıq hər kəs öz yerində əyləşmişdi. Tamaşaçılar tamaşanın başlamasını böyük maraqla gözləyirdilər. Bu zaman “Xahiş olunur, telefonlarınızın səsini alasınız” elanı səsləndi. Elan tamaşaçıları gündəlik dünyadan ayırdı. Elan onları səhnənin sehrli atmosferinə hazırladı.
Tamaşa ilk musiqinin sədaları ilə başladı. Daha sonra pərdə aralandı. Hadisələr səhnədə canlandı. Zalda dərin sükut hökm sürürdü. Tamaşaçılar səhnəni böyük diqqət və maraqla izləyirdilər. Rolları canlandıran aktyorlar obrazlarını sadəcə ifa etmirdi. Onlar sanki həmin insanların həyatını yaşayırdılar.
Əsərin əsas mövzusu rüşvətxorluq idi. Tamaşa məmur özbaşınalığını göstərirdi. Əsər cəmiyyətdəki sosial ədalətsizliyi tənqid edirdi. Hadisələr satirik üslubda təqdim olunurdu. Tamaşa insan münasibətlərindəki saxta hörməti ifşa edirdi. Səhnə “adamı olma” düşüncəsini tənqid edirdi. Əsər vəzifə asılığını göstərirdi. Tamaşa tanışlıqla idarə olunan sistemi lağa qoyurdu.
İbiş İbişli obrazını Ələkbər Əliyev canlandırırdı. İbiş İbişli məmur sisteminin içində “adam” əlaqələrinə güvən bir obraz idi. O, öz mövqeyini şəxsi bacarıqları ilə qorumurdu. O, mövqeyini yuxarı dairələrdəki himayədarları hesabına qoruyurdu. Lakin həmin dayaqlar zəiflədikdə o, özünü itirirdi. Onun çaşqın vəziyyətə düşməsi bəzi məmur tiplərinin nə qədər asılı olduğunu göstərirdi.
Süsən Sünbül obrazını Türkel Tariqpeyma canlandırırdı. Süsən obrazı mənəvi təmizliyi təmsil edirdi. O, sadə həyatı təmsil edirdi. Süsən böyük imtiyazlar və rahatlıq istəmirdi. O, sadəcə sevdiyi insanla kiçik və səmimi bir evdə yaşamağı arzulayırdı. Süsən ona təklif olunan qanunsuz yollarla əldə edilmiş imkanları qəbul etmirdi. Onun bu mövqeyi prinsipial və vicdanlı xarakterini ortaya qoyurdu. Bu obraz tamaşada saflıq və dürüstlük xəttini təmsil edirdi.
Fağır Bağır obrazını Şaban Cəfərov canlandırırdı. Fağır Bağır sadə və zəif bir insan idi. O, öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirdi. Fağır Bağır cəmiyyətin diqqətindən kənarda qalan adi vətəndaşı simvolizə edirdi. Lakin onun haqqında “adamı var” şayiəsi yayıldı. Münasibət dərhal dəyişdi. Ona hörmət göstərildi. Hətta ona üçotaqlı ev kimi imtiyaz verildi. Bu dəyişiklik insanın dəyərinin şəxsiyyətinə görə ölçülmədiyini göstərdi. Səhnə dəyərin arxasındakı əlaqələrə görə ölçüldüyünü satirik şəkildə üzə çıxardı.
Fənd Fərəc obrazını Əkbər Əlizadə canlandırırdı. Fənd Fərəc yaltaqlıq və intriqanın simvolu idi. O, öz mövqeyini qorumaq üçün rəhbərinə yaxın olmağa çalışırdı. O, daim yaltaqlıq edirdi. O, ətrafındakı insanların zəif tərəflərindən istifadə edirdi. Fənd Fərəc onlara qarşı planlar qururdu. Bu obraz idarəetmə mühitində şəxsi maraqların formalaşmasını göstərdi. Tamaşa qeyri-sağlam münasibətlərin necə yarandığını nümayiş etdirdi.
Nazlı Qəmzəli obrazını Gültac Əlili canlandırırdı. Nazlı iş yerində davamlı təzyiqlərə məruz qalan bir işçi idi. O, əvvəlcə vəziyyəti özü həll etməyə çalışdı. Lakin haqsızlıqlar artdıqca o, “adamı” vasitəsilə kömək axtarmağa məcbur qaldı. Lakin hadisələrin gedişində məlum oldu. Onun güvəndiyi adam Nazlını sıxışdıran şəxsin qarşısında real gücə malik deyildi. O, təsir göstərə bilmirdi. Bu vəziyyət “adamın adamı” anlayışının nə qədər kövrək olduğunu göstərdi. Tamaşa bu anlayışın qeyri-müəyyənliyini sübut etdi.
Xəbərçi Xədicə obrazı kollektiv içində söz daşıyırdı. O, dedi-qodu yayırdı. Xədicə hadisələri qızışdırırdı. O, söylədiyi yarımçıq və şişirdilmiş məlumatlarla personajlar arasında anlaşılmazlıq yaradırdı. Bu vəziyyət hadisələrin gərginləşməsinə səbəb olurdu. Xədicənin hərəkətləri satirik atmosferi gücləndirirdi.
Alverçi obrazı “Təbəssüm” adlı markanın məhsullarını satırdı. O, cəmiyyətdəki maddi maraq yönümlü münasibətləri simvolizə edirdi. Alverçi hər şeyi qazanc və fayda prizmasından qiymətləndirirdi. O, gündəlik həyatın kommersiya yönünü satirik şəkildə təqdim edirdi.
Rollar arasında İmişlidən gələn gənc obraz da diqqət çəkirdi. O, “adamı var” deyə sistemə daxil edildi. Gənc qısa zamanda vəzifəyə yüksəldi. Bu epizod bacarıq və təcrübədən çox tanışlığın üstünlük təşkil etdiyini göstərdi. Səhnə himayədarlığın üstünlük təşkil etdiyini satirik şəkildə gücləndirdi.
Tamaşanın sonunda aktyorlar gurultulu alqışlarla qarşılandı. “Adamın adamı” tamaşası tamaşaçını düşündürdü. Tamaşa tamaşaçını güldürdü. Əsər cəmiyyətdəki bəzi problemləri güzgü kimi tamaşaçıya göstərdi.
Nigar Xəlilli
12:33 14.06.2026
Oxunuş sayı: 50