Suriya Əfqanıstana çevrilir?

Suriyada Əsəd rejimini devirdikdən sonra Dəməşqdə və digər şəhərlərdə nəzarəti ələ alan üsyançı qruplaşma Heyət Təhrir Şamın (HTŞ) lideri Əhməd əş-Şara, BBC-nin baş redaktoru Ceremi Bouenin suallarını cavablandırıb.
Crossmedia.az bildirir ki, Əsəd rejiminin devrilməsi ilə ölkənin faktiki liderinə çevrilən Əhməd əş-Şara, əvvəlki tanınan adı ilə Məhəmməd Colani, müsahibə üçün Dəməşqdə Əsəd ailəsinin tikdirdiyi prezident sarayını seçib.
Müharibədən yorulmuş Suriyadan bəhs edən HTŞ lideri ölkəsinin qonşularına və ya Qərbə təhdid yaratmadığını bildirib.
Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasını tələb edən əş-Şara əlavə edib: “İndi bütün bu baş verənlərdən sonra sanksiyalar ləğv olunmalıdır, çünki onlar əvvəlki rejimi hədəf alırdı. Eyni şəkildə əzilənlər və zülm edənlərə yanaşılmamalıdır.”
HTŞ lideri Əsəd rejiminə iki həftədən az bir müddətdə son qoyan üsyançıların lideridir.
HTŞ-nin "terrorçu təşkilatlar" siyahısından çıxarılması lazım olduğunu müdafiə edən əş-Şara, mülki vətəndaşları və ya mülki bölgələri hədəf almadıqlarını iddia edib.
Bununla belə, təşkilatın cihadçı ideologiyaya əsaslanması çoxlu suallar yaradır.
Taliban ilə HTŞ arasındakı “ideoloji bağlılıq” onların bir-biri ilə eyniləşdirilməsinin səbəblərindən biridir.
Suriyadakı İslamçı qruplar üzrə mütəxəssis Əymən əl-Tamimi, HTŞ-nin Taliban ilə eyni idarəetmə modelini tətbiq etməsinin çox çətin olacağını bildirib. "Suriya cəmiyyətinin böyük bir hissəsinin qız uşaqlarının ali təhsildən məhrum edilməsinə və ya seçkiləri qadağan edən avtoritar hökumət qurulmasına dair məhdudiyyətləri qəbul etməyəcəm".
Sevinc Abuşova
07:06 19.12.2024
Oxunuş sayı: 6347