NATO-nun Ukrayna komandanlığı Almaniyada fəaliyyət göstərir - Mark Rutte
Rutte qeyd edib ki, müttəfiqlər bu il Ukraynaya təhlükəsizlik yardımı üçün 40 milyard avroluq maliyyə vədini yerinə yetirəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte mətbuat konfransında deyib. O bildirib ki, Ukraynaya təhlükəsizlik yardımı və təlim üçün Almaniyanın Visbaden şəhərində yerləşən NATO komandanlığı artıq fəaliyyət göstərir.
"Ukrayna güclü mövqedədir və hazırda cəbhə xətti şərqdən qərbə doğru hərəkət edir" - Mark Rutte vurğulayıb.
Tərlan Əmrahova
17:57 18.12.2024
Oxunuş sayı: 5809