Mərkəzi Bank iqtisadi artım proqnozlarını açıqlayıb
2026-cı ilə iqtisadi artımla bağlı proqnozlar aşağı reviziya olunsa da ümumilikdə nikbindir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
“Mərkəzi Bankın 2026- cı ilin may proqnozlarına əsasən cari ildə real ifadədə iqtisadi artım tempinin ümumi ÜDM üzrə 1.1%, qeyri-neft-qaz ÜDM üzrə isə 3.2% olacağı gözlənilir. Proqnozlara görə 2026-cı ildə ümumi ÜDM-in artımına neft-qaz sektoru azaldıcı, qeyri-neft-qaz sektoru isə artırıcı təsir edəcək. Cari ildə qeyri-neftqaz sektorunda artımın əsas drayverləri ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımının olacağı gözlənilir”, - məlumatda vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, 2027-ci ildə iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə real ifadədə müvafiq olaraq 3.2% və 4.7% olacağı proqnozlaşdırılır.
“Proqnozlara görə 2027-ci ildə ümumi ÜDM-in artımına neft-qaz sektoru neytral, qeyri-neft-qaz sektoru isə artırıcı təsir edəcək. 2027-ci ildə qeyri-neftqaz sektorunun artımını əsasən ev təsərrüfatlarının son istehlak xərcləri, mal və xidmətlərin xalis ixracı və əsas fondların ümumi yığımının şərtləndirəcəyi gözlənilir. Qeyd edək ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. Belə ki, neft-qaz sektorunda 2026- cı ilə -3.3%, 2027-ci ilə 0% real azalma proqnozlaşdırılır. 2026 və 2027-ci illər üzrə qeyri-neftqaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq”, - məlumatda qeyd edilib.
11:09 15.05.2026
Oxunuş sayı: 52