Milli Məclisdə Təmiz Enerji Mərkəzi ilə saziş müzakirə olunacaq
Milli Məclis Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək.
Crossmedia.az xəbər verir ki, bununla bağlı parlamentə "Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında qanun layihəsi daxil olub.
Sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin aprelin 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
11:50 13.04.2026
Oxunuş sayı: 55