Serbiya ilə Azərbaycan enerji səmərəliliyi sahəsində əməkdaşlığı müzakirə edib
Serbiya ilə Azərbaycan arasında enerji səmərəliliyi, uzaqdan isitmə sistemləri sahəsində təcrübə mübadiləsi müzakirə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç feysbuk sosial şəbəkəsindəki hesabında məlumat verib.
Müzakirələr serbiyalı nazir ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasındakı görüşdə aparılıb.
Onun sözlərinə görə, tərəflər Azərbaycanla Serbiya arasında həyata keçirilən böyük infrastruktur layihəsi olan Niş Qaz Zavodu ilə bağlı məsələləri müzakirə edib: "Bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik. Biz yalnız deklarativ deyil, həm də Serbiyada sabit enerji sistemi üçün ölçülə bilən və vacib olan layihələr üzərində səylə çalışırıq".
19:09 08.04.2026
Oxunuş sayı: 39