Xəzər sahillərində ekoloji fəlakət: ölü suitilər və quşlar aşkarlanıb
Xəzər dənizinin sahillərində, xüsusilə Dağıstan ərazisində ciddi ekoloji problem qeydə alınıb. Rusiya mediasının yaydığı məlumata görə, sahil boyunca çoxsaylı ölü suitilər və quşların cəsədləri aşkar edilib.
Crossmedia.az xəbər verir ki, vəziyyətin kəskinləşməsi fonunda Dağıstan çimərliklərinin təxminən 70 faizi çirklənmə səbəbindən bağlanıb. İlkin ehtimallara görə, heyvanların kütləvi tələf olmasının əsas səbəbi şəhər kanalizasiya sularının birbaşa dənizə axıdılması ilə bağlıdır.
Mütəxəssislərin apardığı analizlər zamanı su nümunələrinin ciddi şəkildə normativlərə uyğun gəlmədiyi müəyyən edilib. Belə ki:
Mahaçqala şəhərində göstəricilər tam uyğun deyil,
Kaspiysk – 37,5%,
Dərbənd – 11,1%,
İzberbaş – 25%,
Kayakent rayonu – 40% uyğunluq qeydə alınıb.
Qeyd edək ki, ötən payızda Rospotrebnadzor tərəfindən Mahaçqala administrasiyasına gigiyenik normaların pozulması ilə bağlı xəbərdarlıq edilib, şəhər meriyası isə çimərliklərin mövsümə hazır olmamasına görə cərimələnib.
Yerli sakinlər və turistlər məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, problemin həlli ləng gedir. Mütəxəssislər isə yaxın aylarda vəziyyətin yaxşılaşmasının çətin olacağını bildirirlər.
20:50 29.03.2026
Oxunuş sayı: 46