Suraxanının bəzi əraziləri işıqsız qalıb
Bakı şəhərinin Suraxanı rayonunda yerləşən Əmircan və Bülbülə qəsəbələrində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Crossmedia.az xəbər verir ki, artıq bir neçə saatdır ki, sözügedən ərazilərdə işıq yoxdur.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, daha əvvəl “Azərişıq” tərəfindən bu ərazilərdə aparılan təmir işləri səbəbindən elektrik enerjisinin verilişində məhdudiyyətlərin yarana biləcəyi bildirilmişdi.
Hazırda kəsintinin səbəbi və nə vaxt bərpa olunacağı ilə bağlı əlavə məlumat gözlənilir.
12:30 28.03.2026
Oxunuş sayı: 50