Yağıntının miqdarı aylıq normanın 247 %-ni təşkil edir- Yenilənib
Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Dağlıq ərazilərə isə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır. Yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247 %-ni təşkil edir.
Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. Martın 29-da gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.
22:27
Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə isə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır. Yağan yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247 %-ni təşkil edir.
Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.
21:02
Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.
22:36 27.03.2026
Oxunuş sayı: 2254