Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimal olunur.
15:15 21.03.2026
Oxunuş sayı: 46