SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat İndoneziyanın Azərbaycandakı səfirliyinin "Instagram" hesabında yayılıb.
Görüş zamanı iki ölkə arasında neft-qaz və gübrə sahələrində əməkdaşlıq gündəliyində duran məsələlər, həmçinin "Pertamina" (İndoneziyanın dövlət neft şirkəti) ilə SOCAR arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
20:57 13.03.2026
Oxunuş sayı: 44