Ramazan ayının 12-ci gününün duası
Crossmedia.az xəbər verir ki, sabah, martın 2-si imsak vaxtı saat 05:47, iftar vaxtı isə saat 18:48-dir.
Ramazan ayının on ikinci gününün duası:
Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi- ismətikə ya ismətəl-xaifin.
Tərcüməsi:
İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!
İftardan qabaq oxunan dua:
İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!
Allah tutulan orucları qəbul etsin!
21:51 01.03.2026
Oxunuş sayı: 1368