Universitetdə bıçaqlanma: Tələbənin vəziyyəti ağırdır
İstanbulda yerləşən özəl universitetlərin birində iki tələbə arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Crossmedia.az "HaberGlobal"-a istinadən xəbər verir.
Əczaçılıq fakültəsinin 3-cü kurs tələbəsi Serhan M. ilə eyni fakültədə oxuyan Ferhat D. arasında semestr işi ilə bağlı mübahisə yaranıb.
Ferhat D. qarşı tərəfi yanğın pilləkəninə çağıraraq onu 4 dəfə bıçaqlayıb.
Ağır yaralanan tələbə təcili olaraq xəstəxanaya çatdırılıb. Əməliyyat olunsa da, vəziyyəti yenidən ağırlaşıb, daxili qanaxma səbəbindən ikinci dəfə əməliyyata alınıb və reanimasiyada süni tənəffüs aparatına qoşulub.
Hadisədən sonra qaçan şübhəli polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə “qəsdən xəsarət yetirmə” maddəsi ilə həbs edilib.
23:55 27.02.2026
Oxunuş sayı: 633