Tramp İranla bağlı fikirlərini açıqladı: Bu addımı atmağa məcbur olursan
ABŞ prezidenti Donald Trump bildirib ki, İrandan narazıdır, lakin cümə günü Tehranın nüvə proqramı ilə bağlı yeni danışıqlar gözlənilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tramp qeyd edib ki, İranla razılıq əldə etmək istəyir.
Bununla belə, o bir daha vurğulayıb ki, Tehran nüvə silahına malik ola bilməz və İran ‘Nüvə silahına yox’ sehrli sözlərini demir.
İrana qarşı hərbi güc tətbiqi ehtimalına münasibət bildirən AĞ Ev rəhbəri deyib: “Mən bunu istəmirəm, amma bəzən bu addımı atmağa məcbur olursan”.
Tramp əlavə edib ki, İranda rejim dəyişikliyi ola da bilər, olmaya da bilər.
22:46 27.02.2026
Oxunuş sayı: 479