Sanksiyalar yayımı dayandırmır – Gürcüstandan açıqlama
Gürcüstanın ən böyük telekommunikasiya şirkəti olan Magticom, sanksiyalar səbəbindən Imedi və POSTV televiziya kanallarını bağlamayacağını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Şirkət qeyd edib ki, İngiltərə tərəfindən tətbiq edilən məhdudiyyətlər əsasən maliyyə əməliyyatlarına, şirkətin idarə olunmasına və müəyyən xidmətlərin göstərilməsinə təsir edir.
Lakin televiziya siqnallarının yayılmasını birbaşa qadağan etmir.
23:27 27.02.2026
Oxunuş sayı: 508