Müharibə başlayır? - ABŞ TƏYYARƏLƏRİ İSRAİLƏ GƏLDİ
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 14 tanker təyyarəsi dünən gecə "Ben Gurion" aeroportuna eniş edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford" da İsrail sahillərinə çatıb.
Vaşinqton və ya Təl-Əviv tərəfindən bu hərbi hərəkətliliklə bağlı əlavə açıqlama verilməyib.
22:11 27.02.2026
Oxunuş sayı: 454