Vens: İrana zərbələr variantı masadadır, lakin uzunmüddətli müharibə olmayacaq
İrana qarşı mümkün hərbi zərbələr hələ də nəzərdən keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Washington Post”a müsahibəsində bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, belə addımın ABŞ-ni uzunmüddətli və genişmiqyaslı müharibəyə sürükləməsi ehtimalı yoxdur.
Vens qeyd edib ki, Vaşinqton bütün variantları qiymətləndirir, lakin eskalasiyanın qarşısını almaq prioritet olaraq qalır.
19:25 27.02.2026
Oxunuş sayı: 483