Əfqanıstan Pakistanda nüvə obyektinə zərbə endirib
Əfqanıstan hərbi qüvvələrinin Pakistandakı nüvə obyektinə və hərbi bazaya zərbələr endirdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı, “Ariana News” telekanalı məlumat yayıb.
Hücumlar nəticəsində yüzlərlə ölən və yaralının olduğu bildirilir.
Ancaq hadisə ilə bağlı itkilərin dəqiq sayı açıqlanmayıb və məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Pakistan tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
19:13 27.02.2026
Oxunuş sayı: 555