KİV: ABŞ dronları İrana qarşı istifadə oluna bilər
Ağ Ev rəhbəri Donald Tramp İrana qarşı hərbi əməliyyat əmri verərsə, ABŞ ordusunun birtərəfli hücum tipli pilotsuz uçuş aparatları üzrə ixtisaslaşmış ilk bölməsi mümkün əməliyyatda iştirak edə bilər.
Crossmedia.az bu barədə "Bloomberg"-ə istinadən xəbər verir.
Məlumata əsasən, ABŞ ordusunun pilotsuz sistemlər bazasında yaradılan “Əqrəb Task Force” adlı xüsusi bölmə artıq əməliyyat mərhələsinə çatıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins bildirib ki, eskadrilya ötən il döyüş qüvvələrini yeni pilotsuz imkanlarla sürətlə təchiz etmək məqsədilə yaradılıb və onun texnoloji potensialı hələ də inkişaf etdirilir.
Agentliyin qeyd etdiyi kimi, ABŞ-nin yeni hücum dronları İranın istehsalı olan və son illərdə müxtəlif münaqişələrdə, o cümlədən Ukrayna müharibəsində istifadə edilən “Shahed-136” modelinə əsaslanaraq tərs mühəndislik yolu ilə hazırlanıb.
18:50 27.02.2026
Oxunuş sayı: 506