İran səfiri: Tehran TRIPP layihəsinə qarşı deyil, əksinə…
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami jurnalistlərə açıqlamasında Tehranın TRIPP layihəsinə qarşı olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Diplomat qeyd edib ki, İranın narahatlığı layihənin özü ilə deyil, ABŞ-nin “Tramp yolu” siyasəti çərçivəsində irəli sürülən şərtlərlə bağlıdır. Onun sözlərinə görə, Vaşinqtonun İrana münasibəti fonunda müəyyən suallar yaranıb, lakin bu məsələ erməni tərəfi ilə səmimi şəkildə müzakirə olunub.
Şirqulami vurğulayıb ki, Ermənistan heç vaxt İran üçün təhdid mənbəyi olmayacaq və tərəflər qarşılıqlı anlaşma şəraitində məsələləri müzakirə ediblər.
17:29 27.02.2026
Oxunuş sayı: 635