Əfqanıstan Pakistan ərazisində hərbi əməliyyatlar həyata keçirib
Əfqanıstan Hərbi Hava Qüvvələri İslamabad dairəsində yerləşən Faisalabad yaxınlığındakı hərbi düşərgəyə, Nöşəhrad ordu dairəsinə, Camrudd hərbi bazasına və Abbottabaddakı hədəflərə hava zərbələri endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, əməliyyat uğurla həyata keçirilib və Pakistan ordusuna məxsus mühüm hərbi obyektlər, mərkəzlər və binalar vurulub.
16:25 27.02.2026
Oxunuş sayı: 1058