Rusiya və İran Əfqanıstan–Pakistan münaqişəsində vasitəçi olmağa hazırdır
Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və Xarici İşlər Nazirliyinin müşaviri Zamir Kabulov bildirib ki, Moskva əgər hər iki tərəf tələb edərsə, Pakistan və Əfqanıstan arasında vasitəçi kimi çıxış etməyə hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kabulov həmçinin qeyd edib ki, Moskva Əfqanıstan və Pakistana sərhəddən keçən qarşılıqlı hücumları dərhal dayandırmağı və münaqişələri diplomatik danışıqlar yolu ilə həll etməyi tövsiyə edir.
Həmçinin, İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb ki, Tehran Əfqanıstan və Pakistan arasındakı münaqişənin həllinə yardım etməyə hazırdır.
Əraqçi sosial şəbəkədə "Əfqanıstan və Pakistan mövcud fikir ayrılıqlarını mehriban qonşuluq münasibətləri çərçivəsində və dialoq yolu ilə həll etməlidir. İran İslam Respublikası dialoqun asanlaşdırılması və iki ölkə arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi üçün hər cür yardımı göstərməyə hazırdır", - deyə, yazıb.
14:38 27.02.2026
Oxunuş sayı: 720