Qazaxıstan rəsmiləri Epşteyn bağlantılarını yoxlayır
Qazaxıstan rəsmiləri Jeffrey Epstein ilə ölkənin keçmiş baş naziri və Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov arasında mümkün əlaqələri araşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, xüsusi diqqət Epşteynlə Kərim Məsimov arasındakı münasibətlərin təhlilinə yönəldilib və mövcud bağlantıların tam şəkildə öyrənilməsi məqsəd qoyulub. Araşdırma davam edir və müvafiq qurumlar tərəfindən əlavə məlumatlar açıqlanacaq.
14:28 27.02.2026
Oxunuş sayı: 537