Avropa savaş üçün hərəkətə KEÇDİ
Avropa İttifaqının Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə komissarı Hacca Lahbib bildirib ki, Brüssel İran ətrafında baş verə biləcək hadisələrin, o cümlədən hərbi münaqişənin “bütün ssenarilərinə” hazırlaşır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Komissar qeyd edib ki, Aİ-nin humanitar mexanizmləri ehtiyac əsasında tətbiq olunacaq və məqsəd “hökumətlərə deyil, insanlara kömək etməkdir”.
Hacca Lahbib vurğulayıb ki, istənilən potensial hücum Əfqanıstandan Pakistana qədər bütün regionda sabitliyi poza bilər.
Qeyd edilir ki, yanvar ayında ABŞ xəbərdarlıq etmişdi ki, Tehran danışıqlar masasına oturmasa və nüvə silahından imtinanı əhatə edən “ədalətli sövdələşmə” əldə etməsə, güc tətbiq etməyə hazırdır. İran hakimiyyəti isə dəfələrlə nüvə bombası hazırlamaq niyyətində olmadığını bəyan edib.
14:20 27.02.2026
Oxunuş sayı: 766