Pakistan Əfqanıstandakı Taliban hökumətinə müharibə elan etdi
Pakistanın müdafiə naziri Xəvacə Məhəmməd Asif İslamabadın Əfqanıstandakı Taliban hökumətinə qarşı “açıq müharibə” elan etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,Nazir öz “X” hesabında paylaşdığı mesajında deyib: “Artıq sizinlə açıq müharibə aparacağıq. Bu, qanlı müharibə olacaq”. O, Taliban rəhbərliyini Əfqanıstanı “Hindistanın koloniyasına çevirməkdə” və “terrorçuları toplayaraq terroru ixrac etməkdə” ittiham edib.
Pakistanın informasiya naziri Attaullah Tarar sərhəd toqquşmaları zamanı ən azı 133 əfqan hərbçisinin öldürüldüyünü, 200-dən çoxunun yaralandığını bildirib. Onun sözlərinə görə, 27 hərbi post məhv edilib, 9-u ələ keçirilib, 80-dən çox hərbi texnika – o cümlədən tanklar, artilleriya qurğuları və zirehli texnika – zərər görüb.
Əfqanıstan tərəfi isə bu iddiaları təkzib edərək, döyüşlərdə 55 Pakistan əsgərinin öldürüldüyünü açıqlayıb.
14:05 27.02.2026
Oxunuş sayı: 701