Məşhur bank bağlanacaq?
ABŞ Maliyyə Nazirliyi İsveçrəyə məxsus "MBaer Merchant Bank AG"ın ABŞ maliyyə sisteminə girişini qadağan edən yeni qayda təklif edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təklif təsdiqlənərsə, ABŞ banklarının MBaer üçün və ya onun adından müxbir hesabları açması və ya saxlamağı qadağan olunacaq.
Maliyyə naziri Bessentin bildirib ki, MBaer ABŞ maliyyə sistemi vasitəsilə Rusiya və İranla əlaqəli qanunsuz qurumlara, o cümlədən SEPAH-a 100 milyon dollardan çox pul köçürüb. Departament sözügedən bankın hərəkətlərinin ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaratdığını və maliyyə sisteminin bütövlüyünü sarsıtdığını vurğulayıb.
13:25 27.02.2026
Oxunuş sayı: 644