Azərbaycanlı meyxanaçı Rusiya-Ukrayna müharibəsində itkin düşdü
Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşən, əslən azərbaycanlı və meyxanaçı kimi tanınan Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,Rusiyada yaşayan dostunun məlumatına görə, Vahid Qədim sonuncu dəfə 20 gün öncə əlaqə saxlayaraq Luqansk istiqamətinə getdiklərini bildirib və ondan sonra onunla əlaqə kəsilib.
Bundan əvvəl KİV-də məlumat yayılmışdı ki, meyxanaçı Vahid Qədim Rusiyada sevgilisini bıçaqlayıb. Bu iddiaları hərbi bloqer Tofiq Şahmuradov diqqətə çatdırıb.
10:48 27.02.2026
Oxunuş sayı: 463