Akobyan açıqladı: Baş nazirin ailəsində ayrılıq
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan onunla vətəndaş nikahına son qoyduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bu qərar Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində rəsmi boşanma proseduru deyil, onların birgə həyatının başa çatması deməkdir. O, həmçinin hökumətə məxsus bağ evini tərk etdiyini qeyd edib.
Anna Akobyanın sözlərinə görə, aldığı əmlak hələ tikilməkdə olduğundan bundan sonra kirayə mənzildə yaşayacaq. O, hesabında 5 milyon dram vəsait qaldığını açıqlayıb.
Akobyan əlavə edib ki, Mənim Addımım Fondu ilə fəaliyyətini davam etdirmək niyyətindədir. Bununla yanaşı, o, bu fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.
Məsələ ilə bağlı əlavə məlumat verilməyib.
09:28 27.02.2026
Oxunuş sayı: 488