Pezeşkian Trampı tənqid etdi
İran prezidenti Məsud Pezeşkian ABŞ-li həmkarı Donald Trampın İranda etirazlar zamanı 32 min nəfərin öldürüldüyü ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Pezeşkian bildirib ki, rəsmi statistika artıq açıqlanıb və həlak olanların adları şəxsiyyətləri ilə birlikdə dərc edilib.
Prezident qeyd edib: “Əgər kiminsə əlində bundan artıq adlar varsa, onları sübutlarla birlikdə təqdim etsin”.
Açıqlanan statistikaya əsasən, etirazlar zamanı 2000-dən çox şəxs həlak olub.
Onlardan 300-400 nəfəri təhlükəsizlik qüvvələri olub və vəzifə başında həyatını itirib. Prezident təhlükəsizlik qüvvələrinin də küçədə etiraz etmək üçün toplaşmadığını vurğulayıb.
“350-dən çox məscid yandırılıb, 300-dən çox məktəb dağıdılıb. Etiraz edən biri məktəbi dağıdarmı? Etiraz edən biri məscidi yandırarmı?”, - deyə, Pezeşkian bildirib.
22:41 26.02.2026
Oxunuş sayı: 534