Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çin ABŞ ilə potensial münaqişə halında İran hökumətini və xalqını dəstəkləyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mao Ninq jurnalistin ABŞ-nin hərbi əməliyyat həyata keçirməsi vəziyyətində Çin və Rusiyanın iştirak edib-etməyəcəyi barədə sualına cavab verərək deyib:
“Ümid edirik ki, bütün tərəflər sülhə dəyər verəcək, təmkin nümayiş etdirəcək və fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcəklər. Çin bu məsələdə məsuliyyətli böyük bir güc kimi öz rolunu oynamağa davam etməyə hazırdır.”
Sözçü həmçinin vurğulayıb ki, Çin İranın milli sabitliyini, qanuni hüquq və mənafelərini təmin etməkdə dəstəkləyir və bölgədə gərginliyin artmasının qarşısının alınmasını önəmli hesab edir.