Nüvə silahı gündəmdə
Şimali Koreya lideri Kim Çen İn bildirib ki, ölkəsi nüvə çəkindirmə vəzifəsini uğurla yerinə yetirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ölkə müharibənin qarşısını almaq üçün kifayət qədər çəkindirici gücə malikdir və hər hansı qüvvə tərəfindən hücum olacağı təqdirdə dərhal cavab verməyə hazırdır.
Bu bəyanat Pxenyanın müdafiə və təhlükəsizlik siyasətində nüvə silahlarının əsas rol oynadığını bir daha vurğulayır və regionda gərginliyin davam etdiyi bir dövrə təsadüf edir.
Turqut Ansari
18:50 26.02.2026
Oxunuş sayı: 635