İran sürpriz addım atdı – Xarq adasından rekord neft ixracı
İran ABŞ-nin bölgədəki hərbi iştirakının artması fonunda 15-20 fevral tarixləri arasında Xarq adasından neft ixracını kəskin şəkildə artırıb.
Crossmedia.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Bu dövrdə təxminən 20 milyon barel neft göndərilib ki, bu da yanvar ayı ilə müqayisədə təxminən üç dəfə çoxdur.
Peyk məlumatları göstərir ki, tanker fəaliyyətində ikiqat artım müşahidə olunub. Bu isə Tehranın bölgədə gərginliyin artması və tədarükün pozulması ehtimalı ilə bağlı neftin çıxarılmasını sürətləndirmək istədiyini göstərir.
17:45 26.02.2026
Oxunuş sayı: 772