Qayıqda insident - 4 nəfər HƏLAK OLDU
ABŞ bayrağı altında üzən qayıq Kubanın ərazi sularına daxil olaraq atəş açması ilə nəticələnən insident qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ölkənin Daxili İşlər Nazirliyi bildirir ki, sərhədçilər cavab atəşi açıb və hadisə nəticəsində gəmidə olan 4 nəfər həlak olub.
Məsələ ilə bağlı əlavə təhqiqatın aparıldığı və beynəlxalq hüquq çərçivəsində araşdırma başladıldığı qeyd olunur.
17:32 26.02.2026
Oxunuş sayı: 587