Macarıstanın mədəniyyət strategiyasında türk irsi önəmli rol oynayır
Macarıstan Mədəniyyət və İnnovasiya Naziri Yanoş Çak türk dünyası ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Yanoş Çak bildirib ki, Macarıstan özünü Orta Asiyadan Avropaya gəlmiş türk milləti hesab edir. Nazir vurğulayıb ki, ölkə türk dünyasının bir hissəsi olaraq mədəni və tarixi bağları qoruyur.
Çak qeyd edib ki, bu baxış ölkənin mədəniyyət və innovasiya siyasətində də əks olunur və türk irsi ilə bağlı layihələrin təşviqinə önəm verilir.
17:07 26.02.2026
Oxunuş sayı: 436