İranın maliyyələşdirdiyi şiə qruplar regionda təsirini artırır
Yaxın Şərq regionunda etibarnamə (proksi) qüvvələr mühüm geosiyasi alət kimi çıxış edir. Müxtəlif dövlətlər regional təsir imkanlarını genişləndirmək üçün birbaşa hərbi müdaxilə əvəzinə silahlı qruplar və yerli müttəfiq qüvvələrdən istifadə edirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,əldə edilmiş və maliyyələşdirilən qüvvələrin miqyası baxımından İran regionda lider hesab olunur. Tehran uzun illərdir ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən çoxsaylı şiə silahlı qruplaşmalarını maliyyələşdirir, silahlandırır və onlara siyasi-hərbi dəstək verir.
Mütəxəssislərin fikrincə, bu strategiya İranın regionda təsir imkanlarını artırmaqla yanaşı, onun təhlükəsizlik və xarici siyasət doktrinasının əsas elementlərindən birinə çevrilib.
16:52 26.02.2026
Oxunuş sayı: 436