Rusiya Ukraynaya kütləvi raket və PUA hücumu edib
Rusiya tərəfindən Ukrayna ərazisinə kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirilib. Hücum nəticəsində müxtəlif şəhərlərdə dağıntılar və xəsarət alanlar var.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Xarkovda 14 nəfər yaralanıb. Hündürmərtəbəli yaşayış binasına və fərdi evə zərbə endirilib, həmçinin qaz boru xətti zədələnib.
Zaporojyedə fərdi evə, çoxmərtəbəli yaşayış binasına və iki ticarət mərkəzinə ziyan dəyib. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.
Paytaxt Kiyevdə üç rayonda yanğınlar baş verib. Şəxsi evlərə və doqquzmərtəbəli binaya ziyan dəyib.
Krivoy Roqda isə beşmərtəbəli yaşayış binası zədələnib, bir nəfər yaralanıb.
Hadisələrin nəticələri və dağıntıların miqyası ilə bağlı araşdırmalar davam edir.
16:45 26.02.2026
Oxunuş sayı: 558