Avropa İttifaqı Ermənistandakı proseslərə niyə susur?
Armen Aşotyan Avropa İttifaqını Ermənistanda baş verən siyasi proseslərə səssiz qalmaqda ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istindən xəbər verir.Jurnalistlərə açıqlamasında o bildirib ki, Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətlə bağlı qərar Avropa İttifaqı rəhbərliyi səviyyəsində verilib və rəsmi Brüssel bu proseslərə göz yumur.
Seçkilərlə bağlı danışan siyasətçi iddia edib ki, hakimiyyət artıq seçkilərin saxtalaşdırılması prosesinə start verib. O, buna misal olaraq pensiyaların 10 min dram artırılması vədini, seçki müşahidəçilərinə tətbiq olunan məhdudiyyətləri və müxalifət nümayəndələrinin həbslərini göstərib.
Aşotyan həmçinin vurğulayıb ki, “azad və ədalətli seçkilər” anlayışı artıq Avropa institutlarının ritorikasında yer almır.
Qeyd edək ki, xəbərləri Sputnik Ermənistan-ı MAX platformasında da uzun yükləmə vaxtı olmadan oxumaq mümkündür.
16:38 26.02.2026
Oxunuş sayı: 419