Akın Gürlek: Sosial mediada anonim hesablara son veriləcək
Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media ilə bağlı yeni tənzimləmələrin tətbiq olunacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Ədliyyə naziri bildirib ki, sosial mediada anonim və ya saxta adlarla istifadə edilən hesabların real hesablara çevrilməsi üçün keçid dövrü nəzərdə tutulur. Onun sözlərinə görə, müəyyən ediləcək müddət ərzində hesabını təsdiqləyərək real şəxsiyyətlə istifadə etməyən şəxslərin profilləri bağlanacaq.
Nazir vurğulayıb ki, sosial media istifadəçiləri şəxsi hesablarını doğrulayaraq fəaliyyət göstərməlidirlər. O qeyd edib ki, sosial şəbəkələrdə təhdid və ya şantaj edən şəxslər isə bunun hüquqi məsuliyyətini daşımalı olacaqlar.
16:15 26.02.2026
Oxunuş sayı: 653